Google Maps əlavəsinin yenilənmiş variantı sürücülərə ödənilməmiş dayanacaq yeri üçün kəsilən cərimədən yaxa qurtarmağa kömək edəcəkdir. Android Police saytının verdiyi xəbərə görə, təkmilləşdirilmiş əlavə dayanacaq yerini və zamanını yadda saxlayacaqdır.

v9.49 versiyasında olan porqram hələlik beta-rejimdə çalışır. Onun yeni funksiyaları arasında dayanacaq yerinin qeyd edilməsi və sürücünün planlaşdırdığı dayanma vaxtın əlavə edilməsi də olacaqdır. Bundan başqa, dayanacaq barədə sərhlər yazmaq da mümkün olacaqdır. Beləliklə, əlavədə nə qədər ödənilmiş vaxtın qaldığına baxmaq da mümkün olacaqdır.

Bundan başqa, Google Maps dayanacaq yerindən təyin edilmiş nöqtəyə qədər piyada marşrutunu da hazırlayacaqdır. Başqa yeniliklər əlavənin dəyişdirilmiş interfeysi (Android Auto əlavəsinin tərtibatı da dəyişdiriləcəkdir) və təyinat nöqtələrində olan hava proqnozu da daxil olmaqla naviqasiyanın əlavə funksiyalarından ibarət olacaqdır.