Bu günlərdə Çexiyada maraqlı bir hadisə baş verib. D4 avtobanı ilə hərəkət edən sürücü arxadan tütinq edilmiş avtomobilin səsini eşidib, lakin onu ötən avtomobilin Formula bolidi olduğunu görəndə təəcüüblənib.

Qeyd etmək lazımdır ki, bu Dallara şirkəti tərəfindən GP2 çempionatı üçün hazırlanmış boliddir. Yeri gəlmişkən, bolidi Corvette sportkarı da müşayət edib. Yerli polis artıq bolidin sürücüsünü axtarmaqla məşğuldur, çünki idman bolidinin ümumi yollara çıxması üçün icazəsi yoxdur.

Əslində, bolidin sürücüsünü tapmaq o qədər də çətin olmamalıdır. Ən azından Corvette modelinin üzərindəki qeydiyyat nişanı polislərə yardım etməlidir.