Vətənində bu krossover Big Dog adlanır və altı versiyada 135 800 yuan qiyməti ilə təklif olunur. Krossoverin ikinci nəsli rəqəmsal kokpitə, açıq havada vaxt keçirmək üçün aksesuarlara və üç güc qurğusuna malik olub. Yeni ofrouderin mühərrik çeşidinə 1,5 və 2,0 litrlik dördsilindrli turbomühərriklərdən əlavə, 326 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu da daxil edilib.

Bizim bazarda  Dargo adı altında satılan Haval Big Dog modelinin ikinci nəsli brutal xarici görünüşünü qoruyub, eyni zamanda texniki cəhətdən daha qabaqcıl olub. Mərkəzi ekranın diaqonalı 14,6 düym, virtual cihazlar panelinin ölçüsü isə 12,3 düymədək artırılıb.

Sürücü və sərnişin arasında tuneldə transmissiyanın Tank 300 modelindən götürülmüş selektoru peyda olub. Bundan əlavə, dəstək-tutacaq da gücləndirilib, salonda isə kiçik əşyaları yerləşdirmək üçün 35 bölmə var.

Big Dog modelinin təchizatına tənzimlənən proyeksiya displeyi, 250 millisaniyəlik reaksiya müddəti olan səslə idarəetmə sistemi və 540 dərəcəlik (360 ətraf + 180 altlıq) müşahidə sistemi də daxil olmaqla elektron köməkçilər dəsti daxildir.

Açıq hava vaxt keçirməyə üstünlük verənlər üçün 50 vatt gücündə simsiz yükləmə cihazı, ağcaqanaddan qoruyan lampa, birinci nəsil Honda CR-V modelindəki kimi qatlanan masa və alüminium dam reylinqləri nəzərdə tutulub. “Böyük Köpəyin” klirensi 200 millimetrdir. Giriş və çıxış bucaqları müvafiq olaraq 24 və 30 dərəcədir.

Ofrouderin mühərrik çeşidində 184 (275 Nm) və 238 at qüvvəsi (385 Nm) hasil edən 1,5 və 2,0 litrlik “turbodördlüklər” var. Birinci aqreqat 7-pilləli 7DCT, ikinci mühərrik isə 9-pilləli 9DCT “robotu” ilə təchiz edilir. 238 at qüvvəli aqreqat eyni zamanda tam ötürmə (BorgWarner muftası, iki qıfıl) sistemi ilə də tandemdə çalışa bilər.

PHEV hibridi sıradakı ən güclü və bahalı ofrouderdir. Onun güc qurğusunun ümumi hasilatı 326 at qüvvəsi və 530 Nm təşkil edir. Hibrid versiyasının qiyməti isə 162.800 yuandır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən bahalı Chaodian Edition versiyası daxili yanma mühərrikini işə salmadan 80 kilometr (WLTP) qət edir. Hibrid 100 kilometrə 1,85 litr benzin sərf edir. Daha sadə variantın göstəriciləri 43 kilometr və 3,09 litrdir. Boşalmış batareya ilə hər iki krossover təxminən altı litr sərf edir. Hər iki krossover də yerli China 6 ekoloji standartına cavab verir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.