Haval şirkəti əvvəl B06 kod adı ilə tanınan yeni krossover üçün ən yaxşı adın seçilməsi üzrə elan etdiyi müsabiqəni yekunlaşdırıb. Səsvermə WeChat platformasında baş tutub və iştirakçılar arasında ən böyük rəğbəti 大狗 variantı qazanıb - «Dà gǒu» kimi səslənən ieroqlif «böyük köpək» kimi tərcümə edilir.

Beləliklə, Haval krossoverinin adı ingilis dilində Big Dog kimi yazılmalıdır. Lakin, şirkət modelin ixrac versiyaları üçün bu adı istifadə etməsi o qədər də real görünmür. Yeni krossover cari Haval H5 modelini əvəzləməlidir. Bununla belə, köhnə və yeni avtomobilin eyni zamanda buraxılacağı da istisna olunmur: Çin avtomobil sənayesində belə hala tez-tez rast gəlmək olar.

Krossoverin dizaynı üzərində, 2018-ci ilin yayında Land Rover şirkətini tərk edərək Haval şirkətinə baş dizayner vəzifəsinə keçmiş Fill Simmons işləyib. Yeni Haval krossoveri markanın digər avtomobilləri ilə bənzərlik daşımır, daha çox brutal nisbətlərə və Suzuki Jimny və Mercedes-Benz G-Class ofrouderilərinin tanış cigilərinə malikdir. Qara rəngli bamperlər, kandarlar və təkər tağlarının genişləndiriciləri avtomobilin yolsuzluq üçün yaradıldığına işarə edir.