Volvo avtomobillərinin təkmilləşdirilməsi ilə məşğul olan Heico Sportiv tüninq atelyesi S90 və V90 medllərinin D5 dizel variantları üçün "e motion" adlı tüninq proqramı hazırlamışdır. Bu dəstin sayəsində avtomobillərin mühərrikinin gücü 258 at qüvvəsinə, fırlanma anı isə 520 Nm qədər artırılır.

Beləliklə, Volvo S90 D5 sedanı və Volvo V90 D5 universalı əlavə 23 at qüvvəsi və 40 Nm fırlanma anı əldə etmiş olur ki, tünerin iddiasına görə, "sürücülər mühərrikin aşağı və orta dövrələrində ciddi güc artımını hiss edəcəkdirlər". Tüninq dəstinin qiyməti 2425 avro təşkil edir.

Qeyd etmək lazımdır ki, bu tüninq dəstini İsveç istehsalının istənilən diler mərkəzində quraşdırmaq olar. Bu dəst beş illik və ya 150 min kilometrlik zəmanət ilə çatdırılır ki bunun da əsas səbəbi alman atelyesinin Volvo şirkətinin rəsmi tərəfdaşının olmasıdır. S90 sedanı üşün dəstlərin çatdırılmasına sentyabr ayında, V90 universalı üçün isə bir ay sonra başlanacaqdır.

Sonradan bu dəst isveç flaqmanlarının digər modifikasiyaları üçün də əlçatan olacaqdır. Alman mütəxəssisləri bu modeldan başqa müştərilərə idman buraxılış sistemini, velür ayaqaltıları, unikal 20-düymlük təkər disklərini və premium dəri ilə örtülmüş interyeri təklif edirlər.

Image alt Image alt Image alt