Lyuis Həmilton Ostində keçirilən sıralama sessiyasının qalibi olub. Maraqlısı odur ki, ilk üç nəticəni göstərən pilotu yüzdə yeddi saniyə ayırıb. Sadəcə Həmilton iki Ferrari pilotundan yeyin olub: Fettel - ikinci, Rəykkonen isə üçüncü olub.

Hər üç pilot ABŞ-dakı Ostin trekini, demək olar ki, eyni zamanla qət ediblər. Həmilton dövrəni 1.32,237 zamanla başa vurub. Fettel Lyuisdən 0,061, Rəykkonen isə 0,070 saniyə geridə qalıb. Bununla belə, Fettel cümə günü aldığı cəza səbəbi ilə start düzülüşündə üç yer itirəcəkdir. Sebastyan qırmızı bayraq altında yüksək sürətlə hərəkət etdiyinə görə stüardlar tərəfindən cəzalandırılıb.  

Nəticədə ikinci sıradan Valtteri Bottas və Daniel Rikkardo start alacaqdırlar. Rikkardo və hər iki Mercedes pilotu yarışı daha sərt SuperSoft təkərləri ilə başlayacaqdırlar. Rikkardodan fərli olaraq Maks Ferstappenin bəxti gətirməyib: sıralamanın ilk hissəsində holladiyalı sağ arxa asqını zədələyərək boksa qayıdıb və bir daha oranı tərk etməyib. O, bu günki yarışı 13-cü yerdən başlayacaqdır.

İlk onluqda təmsil edilən qalan pilotlar Esteban Okon, Niko Hülkenberq, Romen Qrojan, Şarl Lekler və Serxio Peres olublar.