Hennessey Performance şirkəti Chevrolet Silverado Trail Boss Z71 pikapının bazasında inşa etdiyi altıtəkərli Goliath pikapını təqdim edib. Xatırladaq ki, bu amerikan atelyesinin ilk belə modeli deyildir. Bir müddət bundan öncə, atelye mütəxəssisləri Ford F-150 Raptor modelini də altıtəkərli nəhəngə çevirmişdi.

375 min dollara satılan Hennessey Goliath yeni arxa asqıya, yük platformasına sahib olubdur. Avtomobilin 6.2-litrlik mühərriki də təkmilləşdirilibdir. Əlavə körpü ilə birlikdə Goliath yeni arxa asqıya və 203 millimetr artırılmış klirensə, 37-düymlük yolsuzluq şinləri olan 20-düymlük təkər disklərinə, təkmilləşdirilmiş yük platformasına, təhlükəsizlik qövslərinə, poladdan hazırlanmış səsboğucu sistemə, köməkçi işıqlandırma blokuna və başqa bamperlərə sahib olub.

Pikap 715 at qüvvəsi və 915 Nm fırlanma anı hasil edən 6,2-litrlik kompressorlu V8 mühərriki ilə hərəkətə gəlir. 60 mil/saat həddinə nəhəng pikap 4,5 saniyəyə sürətlənir.

Əlavə ödənişlə, pikapın mühərrikinin gücünü 819 at qüvvəsinə qədər artırmaq, Brembo əyləc mexanizmləri və yenidən tərtib edilmiş salonla da sifariş etmək olar. Şirkət cəmi 24 ədəd “Qoliaf” buraxmağı planlaşdırıb.

Image alt Image alt Image alt Image alt