İtaliyada yerləşən məşhur gəmiqayırma tərsanəsi olan Benetti şirkəti yeni dəbdəbəli Fisker Benetti 50 yaxtasını təqdim etmişdir. Gəminin adından göründüyü kimi, onun dizaynı üzərində məşhur dizayner və Fisker markasının yaradıcısı Henrik Fisker işləmişdir. Yaxtanın göyərtə xətti dalğavari formaya malikdir ki, bu xətti üzərində də akulanın «üzgəcini» xatırladan elementlər quraşdırılmışdır. Bu «üzgəclər» dekor elementi olmaqla yanaşı funksionallıq da daşıyırlar ki, onlar yaxtanın hidrodinamikasını yaxşılaşdırmaqla bərabər, ətrafdakı suyu da işıqlandırırlar.

Ümumiyyətlə, 50 metrlik uzunluğu olan yaxta dəbdəbə və komfortu ilə seçilir. Fisker Benetti 50 yaxtasının əsas xüsusiyyətlərindən biri göyərtədə olan açıq buxarıdır ki, ehtiyac olarsa ondan içəcəkləri soyutmaq üçün də istifadə etmək olar. Qonaqlar həmçinin,gəmidə olan idman zalında məşq edə, kinoteatrda filmləri izləyə, çoxsaylı mini-barlardan, spa və ya okeana baxışı olan cakuzidən yararlana bilərlər.

Fisker Benetti 50 yaxtası 11 nəfərlik heyət üzvünün xidməti kayutalarından əlavə, hər birinin fərdi dizaynı olan altı ədəd qonaqlar üçün nəzərdə tutulmuş kayutalara malikdir.

Bu siyahıya, kitabxnası, kabineti, xüsusi qarderobu, geniş vanna və yataq otağı, buxarısı, həmçinin, irəli çəkilə bilən terrası olan gəmi sahibinin kayutasını da əlavə etmək gərəkdir. 

Gəminin maksimal sürəti 15,5 dəniz mili təşkil edir.

Benetti şirkəti gəminin güc aqreqatı barədə məlumat verməkdən imtina etsə də, yaxtanı günəş batareyaları və hibrid güc aqreqatı ilə təchiz etmək imkanının olduğunu bildirmişdir.

Söylənənlərə görə, yaxtanın satış qiyməti 50 milyon dollara bərabərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt