Dirçəldilmiş Hispano Suiza markası Carmen adlı elektrik qrand turerinin növbəti tizerini dərc edib. Əl ilə hazırlanmış karbon monokokun ətrafında yığılan avtomobilin debütü mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

Avtomobil Hispano Suiza markasının əsasını qoyanlardan biri olan Migel Suke Mateunun qızı Karmenin şərəfində adlandırılıb.

1935 Hispano Suiza K6 Cabriolet by Brandone

XX əsrin əvvəllərində Hispano Suiza markası altında dəbdəbəli avtomobillər və aviasiya mühərrikləri buraxılıb. Dərc edilmiş tizerdən də göründüyü kimi, yeni Hispano Suiza iri kapotu, salonu və baqaj bölümü olan retro üslubunda dizayn edilmiş sedandır. Hispano Suiza markasının banisinin nəticəsi olan Migel Suke Mateu ispan firmasının 1900-cu ildə elektromobilin prototipini hazırladığını, lakin bu modelin seriyaya getmədiyini bildirib. 119 il keçdikdən sonra firma bu çatışmamazlığı aradan qaldırmaq niyyətindədir.

Image alt Image alt Image alt

Qeyd etmək lazımdır ki, Hispano Suiza firmasının ən maraqlı ixtiralarından biri polad gilizləri olan tökmə alüminiumdan hazırlanmış silindr blokunun tətbiqidir. Belə mühərrik tamamilə poladdan hazırlanmış mühərrikdən daha yüngül idi. İspaniyalılar eyni üsulla sıralı altı silindrli, V6 və V8 mühərriklərini də hazırlayırdılar.

Xatırladaq ki, 2010-cu ildə markanı dirçəltmək cəhdi olub. İspan markası Audi R8 modelinin bazasında inşa olunmuş, 740 at qüvvəsi hasil edən 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gələn sportkarı nümayiş etdirmişdir.