Hollandiya Qran Prisinin təqvimə qayıtmasından artıq bir həftə ötür, bununla əlaqədar yarım milyon avtoidman həvəskarları online bilet üçün qeydiyyatdan keçib.

Hollandiya Qran Prisinin idman direktoru Yan Lammersin sözlərinə görə, yarış üçün 200 min biletin satışa çıxarılacağı gözlənilir, lakin tamaşaçı sayına görə biletlərin artacağıda istisna deyil.

Qeyd edək ki, biletlərin satışı növbəti həftə həyata keçiriləcək.