Hyundai Motor Group konserninin robotlaşdırılmış nəqliyyat vasitələrinin yaradılması üçün təsis etdiyi New Horizons Studio bölməsi yeni layihəsini təqdim edib. Tiger X-1 adlanan nəqliyyat vasitəsi avadanlıq, qida və dərmanları ən uzaq və çətinliklə gedilə bilən yerlərə daşımaq üçün hazırlanmış addımlayan pilotsuz modul aparatıdır.

Adı “Ağıllı yerüstü robot-trasformer” kimi açıqlananTiger X-1 (Transforming Intelligent Ground Excursion Robot) konsepti, 2019-cu ildə CES sərgisində təqdim olunan Elevate xilasetmə dronunun sonrakı inkişafıdır.

Lakin sələfindən fərqli olaraq "Pələng" insanların salonda olmasına ehtiyac duymur, tamamilə avtonomdur və yalnız qida, avadanlıq və alətlərin daşınması üçün nəzərdə tutulub. Qalan cəhətdən prototiplər oxşardır: onların hər ikisi tam ötürməli avtomobildən addımlayan robota çevrilə bilər və modul konstruksiyası sayəsində fərqli tapşırıqlara uyğunlaşdırıla bilər.

Ağırlığı azaltmaq və istehsalı sadələşdirmək üçün Tiger X-1 modelinin şassisi və hətta təkərləri də 3D çapından istifadə edilərək hazırlanır. Göründüyü kimi, Elevate konsepti kimi, dronun "ayaqları" da beş sərbəstlik dərəcəsinə malikdir və təkərlərin mərkəzinə quraşdırılmış fərdi elektrik mühərrikləri ilə təchiz olunur.

Tiger X-1 dronunun tətbiq dairəsi genişdir: bağlamaların şəhər üzrə çatdırılması,elmi tədqiqatların həyata keçirildiyi dərmanların çətin gedilə bilən bölgələrə aparılması. Üstəlik, dron bunlar yalnız Yer üzündə deyil, digər planetlərdə də həyata keçirə bilər. Daşıyıcını uçan dron ilə tandemdə də istifadə etmək olar. Sonuncu robotu təyinat yerinə yaxınlaşdıracaq və eyni zamanda, onun və öz  batareyasını dolduracaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hyundai, Tiger X-1 və Elevate kimi yüksək mobillikli nəqliyyat vasitələrinin yaradılmasında maraqlı olduğunu gizlətmir. Bu istiqaməti inkişaf etdirmək üçün koreyalılar hətta Boston Dynamics firmasını belə satın alıblar.

ABŞ Müdafiə nazirliyinin Defence Advanced Research Projects Agency (DARPA) bölməsi ilə işləyən amerikan şirkəti, yalnız antropomorfik robotların inşası sahəsində deyil, həm də dərin maşın öyrənmə texnologiyalarından istifadə edərək kompüter görmə sistemlərini inkişaf etdirmək təcrübəsinə malikdir.