Hyundai şirkəti birbaşa olmasa da, lakin rəsmi şəkildə i30 ailəsinin dörd modeldən ibarət olacağını təsdiqləmişdir. Hal-hazırda Cənubi Koreyalı istehsalçı i30 modelini yalnız hetçbek kuzovlu modeli təklif edir.

Cənubi Koreya istehsalçısının Twitter social şəbəkəsindəki səhifəsində Hyundai i30 ailəsinin üzvlərinin buraxılış ardıcıllığını əks etdirən fotoşəkil yayınlanmışdır. Təsvirdən də göründüyü kimi, Hyundai i30 Wagon universalı, N bölməsinin  məhsulu olan “qaynar” hetçbeklə yanaşı fastback kuzovlu modelin buraxılması da nəzərdə tutulmuşdur. Universal kuzovlu i30 modelinin rəsmi təqdimat mərasimi bu ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutmalıdır. “Qaynar” Hyundai i30 N modelinin rəsmi təqdimatı isə çox güman ki, sentyabrda keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır. 

2018-ci ildə təqdim edilməsi planlaşdırılan fastbekin Audi A5 Sportback, BMW 4-Series Gran Coupe modelləri kimi beş qapılı hetçbek kuzovuna malik olacağı ehtimal edilir.