Hyundai şirkəti bərkgedən i30 N hetçbekinin iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilmiş yeni modifikasiyasını buraxacaqdır. Bu modifikasiya 2019-cu ilin sonlarında işıq üzü görəcəkdir.

Hyundai i30 N "bəkgedən" modeli 2017-ci ilin iyul ayında debüt edib. "Qaynar" hetçbek birbaşa çiləməli 2,0-litrlik T-GDI mühərriki ilə təchiz edilir ki, bu aqreqat da iki güc variantında təklif edilir. Birinci variant 250 at qüvvəsinə malikdir. Opsional Performance Pack dəstinə sahib olan ikinci variant isə 275 at qüvvəsinə sahib olacaqdır. Hər iki halda mühərrikin fırlanma anı 352 Nm təşkil edir. Hyundai i30 N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə i30 N modeli 6,2 saniyəyə sürətlənir. Hyundai i30 N modelinin maksimal sürəti 250 km/saatdır.

Hetçbekin təchizatına elektronika ilə idarə edilən yüksək sürtünməli differensial, aktiv asqı sistemi, aktiv səsboğucu sistem,  yeyin start sistemi, akselerasiya və stabilizasiya sisteminin tam söndürülməsi daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt