Hyundai pilotu Tyerri Nyövil İsveç Rallisinin ilk gününü lider olaraq bitirib. O, günü komanda yoldaşı Andreas Mikkelsenin 4,9 saniyə önündə tamamlayıb.

Yeddi dop boyu belçikalı və norveçli pilot bir-biri ilə qiymətli saniyələr üstündə mübarizə aparıb. Mikkelsen nahardan sonrakı xüsusi hissədə geridəqalmanı bir saniyəyə qədər azalda bilib. Lakin, iki final dopda Nyövil vəziyyətə nəzarəti əlinə götürərək, son iki dopda fərqi beş saniyəyə qədər artırmağa müvəffəq olub. «Mən tam gücüm ilə yarışdım, maşın isə əla işləyirdi», - Tyerri çıxışını şərh edib.

Səkkizinci sonuncu dopda üçüncü yerə Hyundai komandasının digər pilotu Heyden Paddon yüksəlib. Yeni zelandiyalı İsveç Rallisini o qədərdə inamlı başlamayıb və cümə günü səhər bölümünü də səkkizinci olaraq bitirib. O, nahardan sonra gərək olan ritmi tutmağa müvəffəq olub. İki qələbə və bir üçüncü yer ona beş yeri qazanaraq əsas sıralamada ilk üçlüyə daxil olmağa imkan verib. Özü də XH7-də səhvə baxmayaraq. 

Şənbə günü Paddonun müvafiq olaraq 12,1 və 7,2 saniyə geridə qaldığı Mikkelsen və Nyövilə meydan oxumaq şansı vardır. Lakin, arxadakı rəqibləri də yaddan çıxarmaq lazım deyildir. Citroen pilotu Kreq Brin Paddondan 0,5 saniyə, Mads Ostberqdən 1,1 saniyə öndədir.

Ümumilikdə, Hyundai və Citroen pilotlarından ibarət olan ilk beşliyi 13,2 saniyə ayırır. Altıncı yerdə yarışı davam etdirən Teemu Suninen Ostberqə 16,4 saniyə uduzur. Sebastyen Ojye üçün gün bir qədər təəccüblü başlayıb. Fransız pilot ciddi səhvlər buraxmasa da 2 dəqiqə 48 saniyə uduzmağı bacarıb. O, 12-ci yerdən yuxarı qalxmağa müvəffəq olmayıb. Finalda isə komanda yoldaşı Elvin Evansı da irəli buraxıb.

Bunun əsas səbəbi dünya çempionunun start mövqeyi olub - o, yarışa birinci başlayaraq yolu təmizləməli olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt