Hyundai şirkəti Koreya bazarı üçün nəzərdə tutulmuş növbəti nəsil Santa Fe krossoverini təqdim edib. Yeni firma üslubunda dizayna malik olan avtomobil genişləndirilmiş köməkçi sistemlər siyahısına və səkkiz pilləli avtomatik ötürmələr qutusuna sahib olub.

Yeni Santa Fe modelinin qabarit uzunluğu 4770 millimetr, eni - 1890 millimetr, hündürlüyü - 1680 millimetr, təkər bazasının uzunluğu isə 2765 millimetrdir. Beləliklə, yeni krossover sələfindən 80 millimetr uzun və 10 millimetr genişdır. Krossoverin təkər bazası da 65 millimetr artıb. Yeni krossoverin konstruksiyasında yüksəkmöhkəmlikli poladdan geniş istifadə olunur.

Kuzovun burulmaya qarşı sərtliyi isə 15% artıb, aerodinamik müqavimət əmsalı isə 0,34-dən 0,337-yə qədər azalıb.

Yeni Hyundai Santa Fe 235 at qüvvəli 2,0-litrlik benzin mühərriki, 186 at qüvvəli 2,0-litrlik və 202 at qüvvəli 2,2-litrlik  dizel mühərrikləri ilə təklif ediləcəkdir.

Krossoverin təchizatına öndən toqquşmaları xəbərdar edən sistem, zolaqda saxlama sistemi, qarajdan arxaya hərəkətlə çıxmaq üçün yardım sistemi, dairəvi görüntü sistemi, uzaq işıqların avtomatik idarə edilməsi, sürücünün yorğunluq səviyyəsinə nəzarət sistemi, arxa oturacaqda unudulan uşaqlar haqqında xəbərdarlıq edən Rear Occupant Alert sistemi daxil edilib.

Bundan başqa, Hyundai Santa Fe  proyeksiya displeyi, adaptiv kruiz-kontrol, Sound Hound multimedia kompleksi, idarəetmə elektronikasının rejimlərinin dəyişdirilməsi sistemi və avtomobilin bir sıra sistemlərinin smartfondan idarə olunması funksiyası ilə təchiz edilir. Yeni krossoverin Avropa təqdimatı Cenevrə avtosalonunda baş tutacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt