SEMA tüninq şousu Amerika Birləşmiş Ştatlarında keçirilən ən maraqlı sərgilərdən biridir. Yerli tünerlər mütləq bu sərgi üçün özlərinin ən yaxşı layihələrini hazırlayırlar. Tüninq atelyeləri ilə yanaşı, bir çox avtomobil istehsalçıları da bu sərgiyə öz layihələri ilə qatılırlar.

Məsələn, Hyundai şirkəti Las Veqasda keçiriləcək sərgidə Veloster N Performance konseptini nümayiş etdirmək fikrindədir. Hyundai mütəxəssisləri seriya avtomobilini ciddi şəkildə təkmilləşdiriblər. Şou-kar H&R yayları olan Extreme Racing koyloverləri, Daewon Steel stabilizatorları, ön, arxa və mərkəzi gücləndirici dayaqlar, 380 mm-lik ön və 360 mm-lik arxa əyləc diskləri, döymə Alcon alüminium supportları, Pirelli P-Zero şinləri olan 19-düymlük OZ diskləri, anodlaşdırılmış çıxış boruları olan Carpisto buraxılış sistemi, havalandırmalı kapot və KWA aerodinamik dəsti ilə təchiz edilib.

Image alt Image alt Image alt

Assimetrik hetçbekin salonunda karbon əsaslı Sabelt kreslolarını, N loqotipləri olan kandar lövhələrini, ötürmələr qutusunun alüminiumdan dəstəyini və xüsusi ayaqaltıları görmək olar. Sükanın, tavanın, ön panelin və qapıların tərtibatında alkantaradan istifadə edilib.

Hyundai Veloster N heçbeki 275 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Hyundai Veloster N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Modelin təchizatına idman xarakteristikalarına malik olan sükan idarəetməsi və elektronika ilə idarələnən asqı sistemi daxildir. Hetçbek beş rejimi (Normal, Sport, N, Eco və N Custom) olan N Grin Control sisteminə sahib olub.