Hyundai şirkəti koreya markasının Avropa çeşidində ən əlçatan krossover olduğunu iddia edilən Bayon modelinin yeni tizerlərini dərc edib. Hyundai Bayon modelinin satışları bu ilin birinci yarısında başlayacaqdır.

Fransanın Bayonn şəhərinin adını daşıyan Bayon modeli, Hyundai şirkətinin Sensuous Sportiness (“Hissiyyatlı idman”) üslubunda dizayna malik olan son modeli olacaqdır. Krossover Kona modelində olduğu kimi işıq texnikasını (yuxarı sıra gündüz hərəkət işıqları, alt hissəsi fənərəlar üçün ayrılmışdır) və geniş radiator barmaqlığını alacaqdır. Arxa hissədə bir-birindən mümkün qədər uzaqda yerləşdirilmiş və nazik zolaqla birləşdirilmiş “oxşəkilli” fənərlər mövcuddur.

Image alt Image alt Image alt Image alt

Artıq Avropa yollarında sınaqdan çıxarılan Bayon modelinin prototiplərinin salonuna nəzər salınıb. Casuslar avtomobilin salonunda rəqəmsal cihazlar panelini, multimedia sisteminin iri ekranını və mexaniki ötürmələr qutusunun dəstəyini aşkar ediblər. Bununla birlikdə, sonuncunun DCT “robotu” şəklində bir alternativi olacaqdır. Qeyri-rəsmi məlumatlara görə, krossoverin mühərrik çeşidinə i20 hetçbekindən alınmış aqreqatlar daxil ediləcəkdir: bunlar, 84 at qüvvəli 1,2 MPI atmosfer mühərriki və 100 at qüvvəli 1,0 T-GDI turbomühərrikidir.

Avropada Hyundai Bayon modeli 2021-ci ilin ilk yarısında satışa çıxacaqdır. Avtomobilin texniki hissəsi və avadanlıqları haqqında məlumatın “yaxın həftələrdə” açıqlanacağı vəd olunur.