Hyundai şirkəti asimmetrik Veloster N hetçbekində robotlaşdırılmış transmissiyanın quraşdırılacağını təsdiqləyib. Modelə texniki dəyişikliklərin ediləcəyini bildirən videotizer, koreya markasının YouTube’dakı rəsmi kanalında yayımlanıb.

Hyundai Veloster N modelinin DCT "robotu" ilə təchiz edilmiş versiyasının buraxılacağı barədə şayiələr hələ 2018-ci ildə peyda olub. İndi isə, şirkət bunu rəsmi olaraq təsdiqləyib: təqdim olunan videoçarxda sürücünün sükanaltı ləçəklərlə necə işlədiyini görmək mümkündür. Üstəlik, videoçarxda "DCT" etiketi də nümayiş etdirilir. İki "yaş" muftaya və səkkiz pilləyə malik olan yeni transmissiya, 2020 model ilinin hetçbekində debüt edəcək və şirkətin əvvəllər təklif etdiyi altı pilləli mexaniki transmissiyanına alternativ olacaqdır.

Zahiri cəhətdən “qaynar” Veloster N modeli N-design tərfindən hazırlanmış radiator barmaqlığı və 18-düymlük təkər diskləri və aqressiv aerodinamik kuzov dəsti ilə seçilir. Əlavə ödənişlə 235/35 R19 ölçülü Pirelli P-Zero şinləri ilə təchiz edilmiş 19-düymlük təkər disklərini də sifariş etmək olar. Arxa hissədə iri antiqanadı və diffuzoru, həmçinin buraxılış sisteminin mərkəzdə yerləşdirilmiş iri çıxış borularını görmək mümkündür.

Hyundai Veloster N modelinin salonunda N-design bölümünün məhsulu olan idman oturacaqlarını və ötürmə dəstəkləri olan sükan çarxını görmək olar.

Hyundai Veloster N hetçbeki 275 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Veloster N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır.

Hyundai Veloster N modeli yerindən 100 km/saat həddinə modeli 5,5 saniyəyə sürətlənir və 250 km/saatlıq maksimal sürət həddinə malikdir. Modelin təchizatına idman xarakteristikalarına malik olan sükan idarəetməsi və elektronika ilə idarələnən asqı sistemi daxildir. Hetçbek beş rejimi (Normal, Sport, N, Eco və N Custom) olan N Grin Control sisteminə sahib olub.