Üçüncü nəsil modul platformasında inşa ediləcək yeni Kia Optima və Hyundai Sonata modelləri ilk dəfə olaraq tam çəkişli transmissiyaya sahib olacaqdırlar. Bu transmissiya, hər bir oxa yönləndirilən fırlanma anını dinamik şəkildə bölən bir neçə rejimə sahib olacaqdır.

Cənubi Koreyanın ETNEWS nəşri ön mənbələrinə istinadən bildirir ki, tam çəkiş sistemini əldə edən ilk model bu ilin sonuna qədər debet edəcək yeni nəsil Kia Optima sedanı olacaqdır. Transmissiya arxa oxda yerləşən elektronika ilə idarələnən birləşmə muftasının əsasında inşa ediləcəkdir. Mufta bir neçə iş rejiminə və təkərlərin sürüşməsindən, dönmə bucağından və sürətindən asılı olaraq dinamik paylaşdırmaya malik olacaqdır.

Transmissiya eko və idman iş rejiminə də malik olacaqdır ki, birinci rejimdə avtomobil yanacağa qənaət edəcək, ikinci də isə fırlanma anının böyük hissəsi arxa oxa ötürüləcəkdir. Bundan başqa, döngələri keçən zaman daxili təkərləri yavaşladaraq dönmə çatışmamazlığını azaldacaqdır.