Hyundai şirkəti Staria adlanan miniveni nümayiş etdirib. Bir həftə əvvəl, koreya istehsalçısı minivenin yalnız bir neçə şəklini dərc edərək, onun görünüşünü kosmik gəmi ilə müqayisə ediblər. İndi isə, Staria modelinin dizaynı tamamilə açıqlanıb, üstəlik onun təchizatı barədə məlumat verilib.

Hyundai şirkəti yeni minivendən ayrı bir model kimi deyil, xüsusi təyinatlı nəqliyyat vasitələrinin (MPV) bütöv bir xətti kimi bəhs edir. Staria miniveni 2-11 nəfərlik salonu olan kommersiya və özəl istifadə üçün nəzərdə tutulmuş versiyalarda təklif ediləcəkdir.

Hələlik iki modifikasiya bəyan edilib: sadə Staria və daha zəngin avadanlıqları və dəbdəbəli tərtibatı olan Staria Premium. Avtomobilin texniki hissəsi haqqında heç bir məlumat verilməyib.

Ancaq, Staria modelinin "içdən çölə" işlənmiş ilk kütləvi Hyundai avtomobili olduğu məlumdur. Belə yanaşma əvvəlcə interyer yaradılmasını, sonra isə onun ətrafda xarici "qabığın" formalaşdırmasını nəzərdə tutur.

Minivenin dizaynını hazırlayanlar, kruiz gəmilərinin launc-zonalarından, kosmik gəmilərdən, habelə daxili və xarici məkanlar arasındakı xarakterik harmoniyaya malik olan Koreyanın ənənəvi hanok memarlığından ilhamlanıblar.

Hyundai Staria modelinin sürücüsünün qarşısında rəqəmsal cihazlar paneli, sağda – transmissiyanın düyməli selektoru və iqlim nəzarəti sisteminin 10,25-düymlük sensorlu paneli var. Konsolda stəkanaltılar, USB portları və xırda əşyalar üçün birdən çox bölmə mövcuddur.

Yeddi nəfərlik Staria Premium, əlavə olaraq, ikinci sıradakı sərnişinlərin bədən tarazlığını yaxşılaşdıran istirahət rejiminə malikdir. Doqquz nəfərlik salondakı oturacaqları isə 180 dərəcə döndərmək olar. Ətraf işıqlandırması 64 rəng seçimini təklif edir, qapıları, döşəmə konsolunu və baqaj bölümünü işıqlandırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Staria eksteryerinin dominantları, panoramik yan şüşələr, kuzovun eni boyunca uzanan gündüz hərəkət işıqlarının üfüqi zolaqları və “piksel” fənərləridir. Radiator barmaqlığının tərtibatı versiyadan asılıdır. Adında Premium prefiksi olan miniven standart olaraq LED optikası və xüsusi dizaynlı 18-düymlük təkər diskləri ilə təchiz olunur. Bundan başqa, Staria Premium modelini "tündləşdirilmiş bürünc" rənginə boyanmış yan güzgü gövdələri, bamperdəki örtük və loqotiplər sayəsində tanımaq olar.

Staria modelinin yaradıcıları avtomobil haqqında daha ətraflı məlumatın yaxın gələcəkdə açıqlanacağını vəd edirlər. Ancaq yeni Hyundai miniveninin dünya təqdimatının vaxtı artıq müəyyənləşdirilib - bu ilin ilk yarısı. Hyundai Staria modelinin Azərbaycandakı satışlarına bu ilin yayında start veriləcəkdir.