Bu gün internet şəbəkəsində yeni nəsil asimmetrik Veloster hetçbekinin “qaynar” N-modifikaisuasının fətəşəkli peyda olub. Şəkil Cənubi Koreyanın TopRider nəsşri dərc etsə də, sonradan onu silib. Lakin, Carscoops jurnalistləri yeyin davranaraq fotoşəkli nüsxələyiblər.

Yeni nəsil Hyundai Veloster hetçbekinin təqdimatı bu gün Detroytda işinə başlayan NAIAS 2018 avtomobil sərgisinə keçirilməlidir. Buna baxmayaraq, artıq internetdə dərc edilmiş cəsus şəkilləri sayəsində yeni hetçbekin görünüşü sirr deyildir.

Hyundai Veloster hetçbekinin baza variantının 2,0-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Elantra modelində quraşdırılan bu aqreqat 162 at qüvvəsinə malikdir. Hetçbekin Veloster Turbo modifikasiyası isə, 200 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Turbohetçbek altı pilləli mexaniki və yaxud yeddi diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təklif ediləcəkdir. Hyundai Veloster modelinin “qaynar” N-variantı 275 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrikə sahib olacaqdır. Bu mühərrik hazırda Hyundai i30 N modelində quraşdırılır.

Veloster N adi hetçbekdən ön bamperi, radiator barmaqlığının tərtibatı, qırmızı dekorativ haşiyələr, təkər diskləri və kuzovun arxa hissəsində antiqanadla fərqlənəcəkdir. “Qaynar” hetçbekin texniki hissəsi barədə məlumat yoxdur.