Hyundai şirkəti üçüncü nəsil i20 interyerinin ilk şəklini dərc edib. Sələfi ilə müqayisədə, yeni hetçbekin salonu tamamilə dəyişib: burada yeni sükan çarxı, virtual cihazlar paneli, multimedia sisteminin 10,25-düymlük displeyi və kontur işıqlandırması peyda olub.

Konseptual olaraq, i20 modelinin interyeri səkkizinci nəsil Sonata sedanına yaxındır: iki avtomobili dördqollu ümumi sükan çarxı, rəqəmsal cihazlar paneli və multimedia kompleksinin 10,25-düymlük displeyləri və havalandırma sisteminin deflektorlarının arxitekturası birləşdirir.

Əsas fərq iqliklimat-kontrol blokunun tərtibatıdır. Sonata modelində iqlim sisteminin idarəolunmasına şaybalar cavabdehdirsə, i20 modelində isə, sadə selektrolardan istifadə olunur.

Nəsil dəyişikliyi ilə, hetçbek daha keyfiyyətli tərtibat materiallarını, yeddi dinamikli Bose səs sistemi və smartfonların simsiz doldurulması sistemini əldə edib. Virtual cihazlar panelinin qrafikası hərəkət  rejimindən asılı olaraq dəyişir. Multimedia sistemi isə, 8,0-düymlük sensorlu ekrana sahib olub və Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir.

Keçən həftə Hyundai şirkəti yeni i20 modelinin texniki hissəsi barədə məlumat verib. Avropa bazarında satılacaq hetçbekin mühərrik çeşidinə 100 və ya 120 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli benzin turbomühərrikləri daxil edilib. 120 at qüvvəli mühərrik 48-voltluq şəbəkədən qidalanan startyor-generatora malik olan “yumşaq” hibriddir. 100  at qüvvəli mühərriki də, opsional olaraq, startyor-generator ilə təchiz etmək mümkündür.

Hər iki turbomühərrik akselerator pedalının “buraxılması” halında mühərrik və transmissiya arasındakı əlaqəni kəsən 6-pilləli mexaniki iMT qutusu və ya iki muftalı 7-pilləli "robot"  ilə təchiz edilə bilər. Digər bazarlarda i20 modeli standart olaraq 84 at qüvvəli 1,2-litrlik dördsilindrli atmosfer mühərriki və 5-pilləli mexaniki transmissiya ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Hyundai i20 hetçbeki çoxsaylı elektron yardımçılara da malik olacaqdır. Onların arasında  zolağa və kor zonalara nəzarət  funksiyası, toqquşmanın qarşısını alan sistem, adaptiv kruiz-kontrol, piyadaları aşkarlama sistemi və avtomatik uzaq işıqlar da vardır.

Üçüncü nəsil Hyunai i20 modelinin təqdimat mərasimi 3 mart tarixində Cenevrə avtosalonunda keçiriləcəkdir. Bu tədbir çərçivəsində, istehsalçı modelin əsas bazarlardakı debüt tarixini və satış qiymətlərini açılayacaqdır.