Gələn ildən etibarən, Jeep Wrangler ofrouderi Avropa bazarında qısa bazalı ikiqapılı versiyada satılmayacaqdır. Amerikan istehsalçısı Köhnə Dünyadakı model çeşidində yalnız dördqapılı kuzov və hibrid güc qurğusu ilə təchiz edilmiş dördqapılı Jeep Wrangler 4xe versiyasını saxlayacaqdır.

Automotive News Europe nəşrinin bildirdiyinə görə, bunun səbəbi ekoloji normalardır. Məlumdur ki, model xətti üzrə zərərəli tullantıların ortalama səviyyəsinin normaları aşması böyük cərimələr ilə nəticələnir. 

Bu səbəbdən də, hybrid güc qurğusu ilə təchiz edilməyən ikiqapılı Wrangler modeli üçün Avropa bazarının qapıları başlanmış olur. Yeganə istisna – Böyük Britaniyadır. İş orasındadır ki, qısa təkər bazası olan ofrouderdə 4xe hibrid güc aqreqatının avadanlıqlarına yer tapilmayıb.

Bu ilin ilk beş ayında Jeep Avropada 2600 ədəddən çox “Renqler” satıb. Bu satışların 30 faizi İkiqapılı versiyanın payına düşür. Bununla belə, V8 mühərrikli ekstremal Rubicon 392 versiyasının Köhnə Dünyada satılması şansı demək olar ki, sıfıra bərabərdir. İş orasındadır ki, təkrar doldurula bilən 4xe hibridi kimi, ekstremal versiya da yalnız dördqapılı kuzovla mövcuddur. Lakin bütün vergi və ödənişlər belə versiyanın idxalını iqtisadi cəhətədən sadəcə mənasız edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.