Bloomberg nəşrinin bildirdiyinə görə, Tesla şirkətinin rəhbəri İlon Mask dünyanın ən varlı adamı olub. Elektromobil istehsalçısının səhmlərinin qiyməti 2020-ci ildə dayanmadan yüksəlib və bu həftə 7,9 faizlik qalxış göstərib - bu, Maska, Amazon şirkətinin sahibi Cef Bezosu keçərək, milyarderlərin reytinqində birinciliyə yüksəlməyə imkan verib.

Bu günə Maskın varidatı 194,8 milyard dollar olaraq qiymətləndirilir. Bu, 2017-ci ildən bəri liderliyini qoruyan Bezosun varidatından 9,4 milyard dollar çoxdur. Bu sərvətin böyük hissəsini Tesla rəhbəri keçən il qazanıb və bir anda 165 milyard dollar zənginləşib. Tesla şirkətinin səhmlərinin qiyməti il ərzində 743% artıb - bunun səbəblərdən biri də, istehsalçının ən böyük kapitallaşması olan şirkətləri əhatə edən S&P 500 səhm indeksinə daxil edilməsi olub. 2010-cu ildə birjada ilk kütləvi yerləşdirilməsindən bəri, qiymətli kağızların dəyəri 23,900% artıb.

Mask artıq Bloomberg agentliyinin reytinqinə reaksiya da verib. Zənginlər indeksin yeni lideri Twitter şəbəkəsindəki hesabında “nə qədər qəribədir” tvitini yazıb və daha sonra “yaxşı, işə qayıdaq” əlavə edib. Bundan əvvəl, Mask dəfələrlə müvəffəqiyyətin maddi tərəfi ilə o qədər də maraqlanmadığını bildirmişdi. O hətta, fiziki mülkiyyətinin “demək olar ki, hamısını” satmağı və sərvətini insanlığın tərəqqisinə və kosmik tədqiqatları sürətləndirilməsinə yönəltməyi düşündüyünü bildirmişdi.

Keçən ilin sonunda Musk “ən qara günlərində” Tesla şirkətini Apple şirkətinə 60 milyard dollara satmağı düşündüyünü etiraf edib. Bununla birlikdə, Apple şirkətinin rəhbəri Tim Kuk qəti şəkildə onunla görüşməkdən imtina edib.