Viski ilə motosiklin hansı ümumi cəhətləri ola bilər? Əslində bu iki anlam – içki və sükan arxasında əyləşmək bir-biri ilə ziddiyyət təşkil edən məhfumlardır. Eyni zamanda, burbon və xromla bəzədilmiş motosikl arasında müəyyən bənzərlik mövcuddur. Onların hər ikisi insanı məst edə bilər.

Bu sözləri sübut etmək üçün, Indian Chieftain Jack Daniel's Limited Edition baykına göz gəzdirməyi məsləhət görürük. Indian Motorcycles şirkəti və Jack Daniel’s markasının birgə layihəsi olan unikal bayk Tennessidə hazırlanan məşhur burbona həsr edilmişdir. Xatırladaq ki Jack Daniel’s markası,  Amerika Birləşmiş Ştatlarında rəsmi olaraq spirtli içkilər istehsalçısı kimi qeydiyyatdan keçmiş ilk belə firmadır.

Motosikl bu markaya xas olan ağ -qara rəngə boyanmış, həmçinin Jack Daniel’s içkisinin hazırlanmasında istifadə edilən ağac kömürünün rəngində haçiyələrlə bəzədilmişdir. Bundan əlavə, markaya məxsus olan məşhur Old No.7 emblemini motosiklin bir sıra elementlərinin üzərində müşahidə etmək mümkündür. Bunlara misal olaraq mühərrik qapağını, aluminiumdan olan konsolu, ayaqaltıları və dəri çantaları göstərmək olar.

Eyni zamanda, baykın xüsusi dizayna və iki rəngli tərtibata malik olan 19-düymlük ön təkər diski, bu baykı digər Indian Chieftain modellərindən fərqləndirən elementlərdəndir.

Indıan Chieftain Jack Daniel's Limited Edition motosiklindən cəmi 100 ədəd istehsal ediləcəkdir. Motosiklin satış qiyməti 35 min ABŞ dolları təşkil edəcəkdir.

Motosikl ilə birlikdə onun sahibi viski çəlləklərinin taxtasından hazırlanmış amerikan bayrağını da əldə edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt