İsuzu şirkəti yenilənmiş MU-X ofroderinin videotizerini dərc etmişdir. Əslində bu model Chevrolet Trailblazer modelinin dizaynı dəyişdirilmiş variantıdır. Yenilənmiş ofroderin görünüşünün bir hissəsinin aşıqlandığı videoçarx Youtub kanalında dərc edilmişdir.

Təqdim edilmiş çarxdan da göründüyü kimi, restaylinqdən sonra avtomobil yeni ön fənərləri və dəyişdirilmiş arxa fənərləri əldə edəcəkdir. Ofroderin zahiri görkəmində baş verilmiş digər dəyişiklər barədə məlumat verilməmişdir. Bundan əlavə, videoda avtomobilin Ddi Blue Power ailəsindən olan yeni 1,9-litrlik dizel mühərrikinin də alacağı bildirilmişdir. Mühərrik 150 at qüvvəsi və 350 Nm fırlanma anı təklif edir. 

Eyni zamanda, çarxda yeni modelin 4 mart tarixində təqdim ediləcəyi yazılmışdır. İzusu MU-X modeli 2013-cü ildə debüt etmişdir. Model General Motors şirkətinin Braziliya ofisi  tərəfindən hazırlanmış platformada yığılmışdır. Bu platformadan cari Chevrolet Trailblazer modelinin yaradılması zamanı da istifadə edilmişdir. Satışa başlayan andan MU-X modeli 175 at qüvvəli 3,0-litrlik  və ya 136 at qüvvəli 2,5-litrlik dizel mühərrikləri ilə təklif edilirdi.