İtaliyanın Pyeve-di-Teko kommunasındakı kilsənin yaxınlığında quraşdırılmış yeganə kamera iki həftə ərzində 58568 qayda pozuntusunu qeydə alıb.

1400 nəfər əhalisi olan şəhəri keçən sürücülərin yarısı 50 km/saatlıq sürət həddini pozur. Şəhərin meri Alessandro Alessandri şəhər əhalisinin avtoşlardan şikayət edərək, onların təhlükəsizliyini təmin etməsini xahiş ediblər. Alessandro sürücüləri cərimə etmək həvəsində olmadıqlarını, kameranın sürücüləri çəkindirəcəyini ümid etdiyini bildirib.

Buna baxmayaraq, sürücülər şəhəri 100 km/saatla keçirlər, ən yüksək sürət isə 135 km/saat olub. Şəhərdən keçən avtomobillərin sayının çox olmasının səbəbi sürücülərin ödənişli magistrallardan və kameralardan  uzaq olmaq istəyidir. Üstəlik, onlar şəhərdə quraşdırılmış sürətə nəzarətin həyata keçirilməsi barədə nişana əhəmiyyət vermirlər.