Jaguar Land Rover şirkəti təkmilləşdirilmiş Jaguar F-Pace, XF və XE modelləri haqqında rəsmi bəyanat vermişdir. Avtomobillər zahiri cəhətdən dəyişikliklərə məruz qalmasalar da, İngenium ailəsindən olan yeni mühərrikləri əldə etmişdirlər.

Beləliklə, yenilənmiş Jaguar XF və Jaguar XE modelləri İngenium ailəsindən olan və 200 at qüvvəsi təklif edən yeni 2.0-litrlik mühərriklə komplektləşdiriləcəkdir. Jaguar F-Pace modelinin kapotu altında yerləşdirilmiş eyni həcmli mühərrik 250 at qüvvəsinə malik olacaqdır. F-Pace krossoverinin idman variantı isə, 240 at qüvvəsinə və 500 Nm fırlanma anına malik olan 2,0-litrlik dörd silindrli iki turbokompressorlu dizel mühərriki ilə təchiz ediləcəkdir. Şirkətdən yeni mühərrikin iki turbokompressorla təchiz edilmiş ilk Jaguar Land Rover mühərrikinin olduğu bildirilmişdir. Dizel güc qurğusu yeni porşenləri, dirsəkli valı və təkmilləşdirilmiş yanacaq forsunkalarını əldə etmişdir. Bu güc areqatı XF və XE sedanları üçün də təklif ediləcəkdir.

Bundan başqa, yenilənmiş Jaguar XF və XE sedanlarının avadanlıq siyahısına Configurable Dynamics funksiyası daxil edilmişdir. Bu sistem avtomobilin sahibinə mühərrikin, transmissiya və sükan mexanizminin parametrlərini seçmək imkanı verəcəkdir. Eyni zamanda, avtomobilin sahibi, aqreqat və qurğularının işini Adaptive Dynamics sistemi sayəsində öz zövqünə uyğun tənzimləmək şansını da əldə etmişdir.

Yenilənmiş Jaguar F-Pace və XF modelləri yeni oturacaq başlıqları və Dual View texnologiyasını əldə etmişdirlər. Sonuncu texnologiya sürücü və sərnişinə 10-düymlük sensorlu displeydə müxtəlif məlumatlara baxmaq imkanı yaradacaqdır.

Hər üç modelin təchizatına yeni rəng çalarları, Forward Traffic Detection və Forward Vehicle Guidance sistemləri daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt