Jeep şirkəti Wrangler modelinin qoşulan hibrid (PHEV) versiyasının təsvir edildiyi növbəti qısa videoçarxı yayımlayıb. Videoçarxla bərabər hibrid ofrouderin debüt tarixi də bildirilib - 4xe indeksini alacaq ofrouder dekabr ayında debüt edəcəkdir.

15 saniyəlik videoda hibrid aqreqatlı Jeep Wrangler uçurumun kənarında dayanıb. Tizerdə heç bir təfərrüatlar açıqlanmasa da, əsas diqqət avtomobilin kapotunun üzərində həkk olunmuş "4xe" yazısına yönəldilir. 

Hibrid güc qurğusu barədə hələlik məlumat verilməyib. İlkin məlumatlara görə, Wrangler 4xe modeli 3,6-litrlik V6 benzin mühərrikindən və avtomobilin altındakı xüsusi mühafizə olunan bölmədə yerləşdiriləcək elektromotordan ibarət olacaqdır.