Jeep Gladiator layihəsinin böyük brend meneceri Brəndon Girmus Muscle Cars & Trucks nəşrinə verdiyi müsahibədə, amerikan markasının miniven istehsal etmək planının olmadığını söyləyib. Bununla birlikdə, Girmus gələcəkdə hansı hadisələrin cərəyan etməsinə baxmayaraq, Jeep markasının ənənələrinə sadiq qalacağını söyləyib. Meenecer markanın özünəməxsus xarakterinin olduğunu bildirərək, onların minivenə texniki cəhətdən uyğun gəlmədiklərini qeyd edib.

Eyni zamanda, Girmus əsl Jeep avtomobilinin yolsuzluqda bacarıqlı olmağının, habelə qoşqunu yedəyə alma qabiliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Brend menecer ailə minivenini belə xüsusiyyətlərlə təmin etməyin asan olmayacağını qeyd edib.

Jeep Magneto

Üstəlik, Jeep ailə avtomobillərinə ehtiyac duymur - konsserndə bu istiqamətə ənənəvi olaraq Chrysler markası cavabdehdir. Bundan başqa, Girmus markanın elektrikləşmə kimi yeni tendensiyaları diqqətlə izlədiyini söyləyib.

Jeep bu yaxınlarda Wrangler modelinin Magneto adlı elektrik versiyasının konseptini nümayiş etdirmişdi: ofrouder 265 at qüvvəli elektrik güc qurğusu və üç batareya ilə təchiz edilmişdi. Bundan əlavə, 380 at qüvvəsi hasil edən Jeep Wrangler 4xe hibridi də satışa çıxarılıb.