Jeep şirkəti illik paxsa rallisi üçün hazırladığı iki konseptual ofroderin tizerini dərc edib. Tədbir martın sonunda Amerika Birləşmiş Ştatlarının Moab şəhərində keçiriləcəkdir.

Hər iki avtomobil yeni nəsil Jeep Wrangler ofroderinin bazasında yaradılıb. Onlardan biri 1966-cı ildən 1971-ci ilə kimi buraxılmış C101 modelinin şərəfinə Jeepster adlandırılıb. Bu avtomobilin əsas xüsusiyyətləri kuzovun ikirəngli boyanma sxemidir. İkinci avtomobiin adı açıqlanmayıb.

Keçən il keçirilmiş pasxa rallisində yeddi konseptual yolsuzluq avtomobili təqdim edilib. Bunlar Jeep Grand One, Quicksand, Luminator, CJ66, Safari, Trailpass və Switchback konseptləri olub. Avtomobillərdən beşi “Renqlerin”, biri 1993-cü ilin Grand Cherokee modelinin, sonuncusu isə yeni Compass modeinin bazasında hazırlanmışdır.

Bu avtomobillərin içərisində ən maraqlısı da Quicksand konsepti olub. Qısaldılmış alın şüşəsinə malik olan hot-rod bucurqarda və V8 HEMI mühərrikinə sahib olub. Digər maraqlı bir konsept – Luminator, Magnetti Marelli firmasının işıqdiodlarından hazırlanmış “çilçıraqları” ilə  təchiz edilmişdir.

Image alt Image alt