Ən yığcam və əlçatan Jeep modeli olan Renegade krossoveri 2014-cü ildən buraxılır və 2018-ci ildə plan üzrə yenilənmədən keçib. Bununla belə, Stellantis konserni krossoverin yeni nəslini buraxmaq əvəzinə onu ikinci dəfə yeniləyib.

Üstəlik, bu dəfə “ilk gecə hüququ” Cənubi Amerika bazarına qismət olub: yenilənmiş Jeep Renegade modelini Braziliyada təqdim ediblər. Yenilənmiş modeli konsernin yerli zavodunda buraxacaqlar. Qeyd etmək gərəkdir ki, əvvəlki modernləşdirmə Braziliyadakı krossoverə tam şəkildə şamil olunmamışdı.

Jeep Renegade radiator barmaqlığını və bamperlərini yenidən dəyişdirib: firma kəsiklərinin hündürlüyü azaldılıb, hava girişlərinin konfiqurasiyası dəyişdirilib. Braziliya versiyası, dörd il bundan öncə Avropa və ABŞ-da satılan krossoverlərin aldığı LED fənərlərə sahib olub. Arxa işıq texnikası da dəyişdirilib: X-şəklli naxış yenidən nəzərdən keçirilib. Nəhayət, yeni disklər və güzgü gövdəldəri peyda olublar.

Salonda Compass və Commander modellərindən götürülmüş yeni sükan çarxı quraşdırlıb. Mərkəzi dirsəkaltı dəyişdirilib, opsiyalar arasında yeddi düymlük rəqəmsal cihazlar paneli peyda olub. Təchizatdan asılı olaraq, Renegade modelində 7,0 və 8,4 düymlük ekranı olan mediasistem quraşdırılır. Avtomatik əyləcləmə və zolaqlara nəzarət sistemləri baza təchizatına daxil edilib.

Kapotun altında baş vermiş dəyişikliklər yerli spesifikasiya ilə bağlıdır: 132 at qüvvəli 1,8-litrlik atmosfer mühərriki  2018-ci ildən bəri Avropada təklif edilən CSE ailəsindən olan 1,3-litrlik turbomühərrik ilə əvəzlənib.

Turbomotorun Braziliya versiyası benzinlə -180, ölkədə populyar olan etanolla isə 185 at qüvvəsi hasil edir. Mexaniki qutu artıq təklif edilmir, önötürməli versiyalarda 6-pilləli “avtomat” qalır, lakin differensial kilidinin elektron təqlidi tətbiq olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üstəlik, kapotunun altında 1,3-litrlik turbomühərrik olan Renagade tam ötürmə və 9-pilləli “avtomat” ilə təklif edilir. Belə tandem artıq Avropada çoxdan təklif olunsa da, Braziliyada bu yenilikdir - bu tandem Braziliyada populyar olmayan, lakin tam ötürməyə görə saxlanılan 2,0-litrlik turbodizeldən imtina etməyə imkan verib.

Yerli zavodda istehsal edilən avtomobillər artıq Braziliyada 24 min dollardan satışa çıxarılıblar. Avropada və Şimali Amerikada satılan Renegade modellərinin ilin ikinci yarısında bənzər restaylinqdən keçəcəyini gözləmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.