Jeep şirkəti Şanxayda keçirilən avtosalonda iri ölçülü ofroderin konseptini təqdim etmişdir.Yuntu adını almış ofroder yeddi yerlik salona malikdir. Konsept haqqında məlumat demək olar ki yox səviyyəsindədir.

Lakin, bu avtomobilin amerikan markasının bayraqdar modeli olacaq Wagoneer modelinə heç bir aidiyyatı yoxdur. Çox güman ki, konsept xüsusi olaraq Çin bazarında satılacaq seriya ofroderinin carçısıdır. Konseptə yandan baxdıqda isə, Jeep Renegade və Compass modellərinə xas olan pəncərə xəttini görə bilərik.

Arxa hissənin üfüqi formalı fənərlərlə tərtib edilməsi isə Jeep Cherokee və Grand Cherokee modellərini xatırladır. Sketçlərdəki qapı dəstəklərinə baxsaq konseptin taybatay açılan qapılara malik olduğunu görürük. Nəhayət, PHEV emblemi ofroderin kapotunun altında hibrid güc qurğusunun yerləşdiyindən xəbər verir.

Ofroderin salonunda dörd oturacaq quraşdırılmışdır ki, bu oturacaqların arasında iki dayaq üzərində qərarlaşan mərkəzi tonnel yerləşdirilmişdir. Ofroderin salonunda virtual cihazlar paneli də daxil olmaqla 11 displey quraşdırılmışdır.

Qeyri-rəsmi məlumatlara görə, konseptin seriya modelinə çevrilməsi üzərində işlərə artıq start verilmişdir. Yeni modelin istehsalı FCA ittifaqının Çanşadakı birgə müəssisəsində təşkil ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt