Seat şirkətinin yeni yeddiyerli krossoveri olacaq Tarraco modelinin təqdimatı 18 sentyabr tarixində İspaniyanın Tarraqona şəhərində keçiriləcəkdir. Xatırladaq ki, yeni krossover məhz bu şəhərin qədim adı ilə adlandırılıbdır. Bu yaxınlar ispan istehsalçısı krossoverin jurnalistlər üçün testini də təşkil edib.

Yeni krossoverin qabarit uzunluğu 4735 millimetr, təkər bazasının genişliyi isə 2787 millimetrdir. Müqayisə üçün Skoda Kodiaq modelində bu rəıqəmlər 4697 və 2791 millimetr, Volkswagen Tiguan Allspace krossoverində isə 4701 və 2790 millimetrdir.

Testlər zamanı jurnailstlər avtomobili yolsuzluq şəraitində sınayıblar. Onlar Seat Tarraco modelini 70 faizlik yoxuşda və 85 faizlik köndələn maillik şəraitində idarə ediblər. Əlbəttə ki, krossover bu tapşırıqları asanlıqla yerinə yetirib. Yolsuzluq şəraiti üçün Tarraco birləşdirilən tam ötürməli çəkiş sistemi, bir neçə rejimlər və elektron köməkçilər ilə təchiz edilir.

Məsələn, elektron köməkçilər siyahısına Rollover Assist sistemi daxil edilibdir  ki, bu sistem də “hipotetik aşma” halında qapıların mərkəzi kilidini açır, mühərriki söndürür və təcili yardım xidmətlərinə ötürülən siqnalı aktivləşdirir.

Testdə iştirak edən jurnalistlər Tarraco modelinin iki benzin və iki dizel mühərriki ilə təchiz edildiyini bildiriblər. Avtomobil standart olaraq 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,5-litrlik TSI mühərriki ilə təklif edilir. Onu daha güclü 2,0-litrlik TSI mühərriki təqib edir – 190 at qüvvəsi və 420 Nm.

Dizel aqreqatları 150 (340 Nm) və 190 (400 Nm) qüvvəli 2,0-litrlik mühərriklər ilə təmsil olunur.  Mühərriklər altı pilləli mexaniki və ya yeddi diapazonlu “robot” ilə təchiz edilirlər. 2,0-litrlik benzin mühərriki ilə hərəkətə gələn Seat Tarraco 100 km/saata 8,0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 211 km/saatdır.