Karma Automotive şirkəti növbəti nəsil Revero hibrid sedanının ilk təsvirini yayıb. Yeni sedanın kütləvi debütü 16 aprel tarixində Auto Shanghai sərgisində keçiriləcəkdir. Modeli yenilənmiş dizaynı ilə seçiləcək, sələfindən daha «ağıllı» və yeyin olacaqdır.

Cari Karma Revero modeli iki sinxron elektromotor ilə təchiz edilir. Elektromotorların ümumi hasilatı 409 at qüvvəsi və 1330 Nm fırlanma anı təşkil edir. Bundan başqa, «gedişi uzadan» 238 at qüvvəli 2,0-litrlik turbomotor da mövcuddur. Bu mühərrik 20,8 kilovat-saatlıq batareyanı qidalandırır. DYM-ni işə salmadan sedan 80 kilometr qət edə bilər. Onun ümumi yürüş ehtiyatı 483 kilometrdir. Yerindən 60 mil/saat həddinə Revero 5,4 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 200 km/saat həddində məhdudlaşdırılıb.