Pebbl-Biçdə keçirilmiş Zəriflik müsabiqəsində, keçmiş NASA mühəndisi Günter Vendt tərəfindən yaradılmış Gunther Werks şirkətinin ilk modeli debüt edib.

400R adını almış avtomobil, klassik Porsche 911 modelinin bahalı replikalarını buraxan  Singer atelyesinin prinsipinə uyğun yaradılıb. Gunther 400R modelinin əsasını 993 seriyasından olan Porsche 911 modeli təşkil edir. Sportkar üçün genişləndirilmiş təkər tağları olan katbondan hazırlanmış kuzov və amerikan Rothsport Racing firması tərəfindən təkmilləşdirilmiş Porsche mühərriki hazırlanmışdır. 

Güc aqreqatının bütün detalları tüninq keçmişdirlər: orijinal mühərrikin iş həcmi 3,6-litrdən 4,0-litrə qədər artırılmış, tökmə dirsəkli val quraşdırılmış, yeni porşenlər, sürgü qolu, çiləmə və alışdırma sistemi quraşdırılımış və proqram təminatı yenilənmişdir. Nəticədə mühərrikin gücü 273-dən 405 at qüvvəsinə qədər yüksəldilib. Güc aqreqatının fırlanma anı 447 Nm təşkil edir. Aqreqatın qırmızı zonası 7800 dövr/dəqiqədə yerləşir.

Mühərrik Gunther Werks şirkətinin sifarişi ilə Getrag şirkəti tərəfindən hazırlanmış altı pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışır.

Bundan başqa, sportkarda karbondan muftası olan arxa differensial, KW Clubsport yayları olan tənzimlənən asqı və uzanmış polisləri keçmək üçün ön tərəfin qaldırılmasının hidravlik sistemi, Brembo əyləcləri və 18-düymlük təkər diskləri quraşdırılıb. Əlavə ödənişlə titandan hazırlanmış buraxılış sistemini sifariş etmək olar. Cəmi 25 ədəd 400R modelinin buraxılması planlaşdırılır.

Onların hər birinin qiyməti 525 min dollardan başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt