Audi Q2 krossoverinin «bərkgedən» versiyası olacaq RS Q2 modeli üzərindəki çalışmalar davam etdirilir. Hələlik, krossover yalnız «qaynar» SQ2 versiyasında təklif edilir. Kemptendə yerləşən ABT Sportsline atelyesi RS Q2 modelini bu gün əldə etmək istəyənlərə xüsusi təklif ünvanlayır.

ABT mütəxəssislərinin çalışmaları ilk növbədə 2,0-litrlik TFSI mühərrikinin gücünü 300-dən 350 at qüvvəsinə qədər artırmaqdan başlayır. Yenilənmiş güc xarakteristikaları krossoverin dinamik xüsusiyyətlərinə müsbət təsir göstərib. ABT SQ2 modeli 0-dan 100 km/saata sürətlənməyə 4,6 saniyə sərf edir ki, bu əvvəlkindən 0,2 saniyə azdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, kemptenli mühəndislər krossoveri sürəti məhdudlaşdıran elektron «boyunduruqdan» azad ediblər. İndi «qaynar» krossover 262 km/saat həddinə qədər sürətlənə bilər. Əlbəttə ki, sifarişçilərə 19 və ya 20 düymlük təkər diskləri arasında seçim etmək şansı da verilir.