Bu ilin mart ayında keçirilən təqdimat zamanı Kia şirkəti EV6 elektrokarının dolu batareya ilə 510 kilometr qət edəcəyini bildirmişdi. Bu günlərdə yeni elektrokar sertifikatlaşmadan keçib və əldə olunmuş rəsmi məlumatların ilkin olaraq əsələndirilənlərdən daha yaxşı olduğu ortaya çıxıb. Yeni məlumata əsasən, Kia EV6 modeli dolu batareya ilə 528 (WLTP dövrünə əsasən) kilometr məsafə qət edəcəkdir. Kia şirkətindən bu məsafənin Cenevrə ilə Paris arasındakı məsafəyə bərabər olduğunu bildiriblər.

Söhbət elektrokarın 77,4 kilovat-saatlıq batareya və 228 at qüvvəli (350 Nm) elektrik mühərriki ilə təchiz edilmiş versiyasından gedir. Eyni batareyaya malik olan tamötürməli versiya isə 506 kilometr məsafə qət edəcəkdir. Belə krossover 325 at qüvvəsi və 605 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə hərəkətə gəlir. Bu versiyalar 100 kilometrə müvafiq olaraq 16,5 və 17,2 kilovat-saat enerji sərf edirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.