Yığcam Kia Niro krossoveri Koreya brendinin model çeşidinə 2016-cı ildə daxil olub və bu gün bir çox ölkədə satışdadır. Şirkətdəm keçən il 130 min ədəd Niro modelinin öz sahibini tapdığı bildirilir. Təəssüf ki, Niro modeli Azərbaycanda təklif olunmur. Üstəlik, yığcam krossover yalnız hibrid və elektrik güc qurğuları ilə təklif edilir. Yaxın zamanda Kia şirkəti Niro modelinin ikinci nəslini təqdim etməlidir. Yeni krossoverin debütü 25 noyabr tarixinə təyin edilib.

Image alt Image alt Image alt Image alt

Bu gün Kia şirkəti yeni krossoverin tizerlərini dərc edib. Tizerlərdən göründüyü kimi, krossoverin ikinci nəsli elektrikləşdirilmiş güc aqreqataları olan yığcam krossover formatını qoruyacaqdır. Yeni Niro modelinin eksteryeri iki il bundan öncə nümayiş etdirilmiş Kia HabaNiro konseptinin üslubunda dizayna malik olacaqdır. Əlbəttə ki, Opposite Side firma dizayn üslubunun təsiri olmadan ötüşməyəcəkdir.  İnteryerdə ekoloji tərtibat materiallarından geniş istifadə ediləcəyi də vəd olunur. Avtomobil haqqında daha ətraflı məlumat Seoul Mobility Show avtosalonunda təqdim ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.