Kia, bütün bazarlarda Optima adından imtina edib. Xatırldaq ki, Avropada Magentis kimi tanınan sedan 2000-ci ildən başlayaraq Şimali Amerika bazarında Optima adı altında satılırdı. ABŞ bazarında satılacaq yeni Kia K5 modeli, demək olar ki, noyabr ayında debüt etmiş koreyalı qardaşını təkrarlayır, amma amerikalı modelin maraqlı cəhətləri də var.

Məsələn, Amerikadakı K5 sedanına Koreyada əlavə ödəniş ilə təklif olunan virtual cihazlar paneli quraşdırılmır. Bütün təchizat səviyyələrində iki analoq cihazı və aralarındakı rəngli ekran olan ənənəvi panel quraşdırılır. Ayrıca, Amerika Birləşmiş Ştatları üçün transmissiyanın ənənəvi selektoru və fırlanan tutacaqları olan klimat-kontrol bloku nəzərdə tutulmuşdur, Koreyada satılan sedanlarında trasmissiyanın şayba formalı selektoru və düyməli pult mövcuddur. Üstəlik, Amerikada satılacaq modelin interyerindəki dekorun tikişləri və işləmələr daha sadədir.

Amerikada təklif edilən sedanın mühərrik çeşidində atmosfer mühərrikləri yoxdur, yerli bazarda baza mühərriki 8-pilləli avtomatik tranmissiya ilə tandemdə çalışan 183 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edən 1.6 T-GDI turbomühərriki olacaqdır. Bu paket Koreya bazarında da təklif olunur, lakin orada bu tandemi top-variantda quraşdırırlar. Ən maraqlısı bundan sonra başlayır.

Birincisi, ABŞ bazarında tamötürməli Kia K5 sedanı təklif edilir. Arxa oxu qoşan elektrohidravlik muftası olan transmissiyanı 1.6-litrlik turbomühərriklə təchiz edilmiş avtomobillər üçün opsiya şəklində təklif edəcəklər. Belə sedan tamötürməli Toyota Camry və ya Nissan Altima sedanları ilə rəqabət aparmalıdır.

İkincisi, Amerikada ən güclü Kia K5 GT modifikasiyası debüt edib. GT variantının kapotunun altında 294 at qüvvəsi və 422 Nm fırlanma anı hasil edən 2,5-litrlik dördsilindrli T-GDI turbomühərriki yerləşir. Transmissiya iki yaş muftası olan 8-pilləli “robotdur”, lakin, ən maraqlısı odur ki, belə sedan yalnız ön ötürməlidir. Kia K5 GT modeli 60 mil/saat (97 km/saat) həddinə 5,8 saniyəyə sürətlənir.

“Qaynar” sedan başqa tənzimləmələri olan asqı sisteminə, sükan reykasında quraşdırılan elektrik gücləndiricisinə (digər modellərdə valda yerləşir), daha iri əyləc mexanizmlərinə və 19 düymlük təkər disklərinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amerika bazarında satılacaq Kia K5 sedanları artıq Sorento və Telluride krossoverlərinin istehsal edildikləri Corcia ştatındakı zavodda buraxılırlar. Sedanın ön ötürməli baza versiyalarının satışlarına yay aylarında, Kia K5 GT modelinin - payızda, tam ötürməli sedanların isə ilin sonuna qədər başlanacaqdır.

Bizim bazarda Kia K5 modeli 2.0 MPI və 2.5 GDI mühərrikləri ilə təklif ediləcək. Yeni modelin Azərbaycandakı satışlarına oktyabr ayının əvvəlində başlanacaqdır.