Kia şirkəti yeni K8 sedanının debütünə hazırlaşır. Bir müddət bundan əvvəl, avtomobil istehsalçısı yeni modelin eksteryerinin rəsmi şəkillərini paylaşmışdı, indi isə, sedanın interyer şəkilləri ortaya çıxıb. İnteryerin casus şəkilləri Instagram sosial şəbəkəsində yerləşdirilib

K8 sedanı Kia model çərgəsindəki K7/Cadenza modelini əvəz edəcək və koreya markasının yeni dizayn üslubunu alan ilk avtomobil olacaqdır. Məsələn, sedan çərçivəsiz almaz formalı tərtibatı olan radiator barmaqlığını, ön bamperdə yerləşdirilmiş və gündüz hərəkət işıqlaırı ilə dönmə siqnalları funksiyasını yerinə yetirən dekorativ naxışları alıb. Arxa tərəfdə, qanad hissəsində vizual olaraq iki seqmentə bölünmüş bütöv üfüqi fənərlər quraşdırılıb. Bundan əlavə, avtomobil yeni ikiölçülü Kia loqotipinə sahib olub.

Image alt Image alt Image alt

İnteryerə gəldikdə isə, yeni şəkillərdə sol yarısında cihazlar paneli, sağ yarısında isə multimedia sisteminə ayrılmış genişformatlı ekran olan ön panel təsvir olunur. “Ağac” ilə tərtib olunmuş mərkəzi konsolda transmissiyanın şayba formalı selektoru yerləşdirilir.

Kia hələlik mühərrik çeşidi ilə bağlı detalları açıqlamayıb, lakin qeyri-rəsmi məlumatlara görə K8 sedanı 3,5-litrlik benzin mühərriki və 300 at qüvvəli hibrid güc qurğusu ilə təklif ediləcəkdir. K8 sedanının təqdimatının yaxın zamanda keçiriləcəyi və 2021-ci ilin sonuna qədər daxili bazarda satışa çıxarılacağı gözlənilir.