Kia şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş yeni nəsil Sportage modelini təqdim edib. 28-illik tarixində ilk dəfə olaraq, Avropada satılacaq krossover iyul ayında debüt etmiş qlobal versiyadan fərqlənəcəkdir.

Avropa İttifaqında satılacaq Kia Sportage modelinin uzunluğu 4515 millimetr, eni - 1865 millimetr, hündürlüyü - 2680 millimetr, təkər bazasının genişliyi isə 2680 millimetrdir. Beləliklə, Avropa versiyası qlobal krossoverdən 145 millimetr qısa və 15 millimetr alçaqdır. Təkərlər arasındakı məsafə isə, 75 millimetr qısadır.

“Qısa” krossover üçün nəzərdə tutulan opsiyalar arasında arxa dayaqların formasını vurğulayan qara rəngli dam da var. Eyni zamanda, Sportage modeli üçün, onu idman görünüşlü eksteryer və interyerlə təmin edən GT-Line dizayn-paketi də nəzərdə tutulub.

Avropa krossoverinin ikinci oturacaq cərgəsinin üzərindəki məkan qlobal modellə müqayisədə 2 millimetr daha azdır. Ayaq zonasındakı məkan da 1050 millimetrdən 996 millimetrə qədər azaldılıb. Baqaj bölməsinin həcmi də 46 litr azalaraq 591 litrə bərabər olub. Arxa cərgənin qatlanması halında baqajın həcmi 1780 litrə qədər artır.

Avropa krossoverinin interyeri qlobal versiyadan heç nə ilə fərqlənmir. Hər iki krossoverin təchizat səviyyəsi də demək olar ki, eynidir: elektron idarə edilən asqı sistemi, Terrain Mode hərəkət rejimləri sistemi, toqquşmaları önləyən firma Drive Wise dəsti, naviqasiya və kruiz-kontrol ilə əlaqəli işləyən “şosse” avtopilotu, parklanma köməkçisi və digər sistemlər də “qısa” Sportage krossoverinin təchizatına daxil edilib.

Bununla belə, Avropada satılacaq krossoverin mühərrik çeşidi daha genişdir. Əslində çeşidə daxil olan aqreqatlar Hyundai Tucson modelindən tanışdırlar.

Ən güclü krossover, tərkibinə 180 at qüvvəli 1,6-litrlik benzin mühərrikinin və 91 at qüvvəli elektromotorun daxil olduğu qoşulan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Güc qurğusunun ümumi hasilatı 265 at qüvvəsi təşkil edir. Hibrid krossoverin yürüş ehtiyatı göstərilməsə də, 13,8 kilovat-saatlıq batareya elektrik ötürməsi ilə on kilometrlərlə məsafə qət etməyə kifayət etməlidir.

Bənzər 180 at qüvvəli mühərrik məişət şəbəkəsinə qoşulmayan Sportage HEV hibridində də quraşdırılacaqdır. Lakin, hibrid qurğunun tərkibinə daxil olan elektromotor bir qədər zəifdir - 60 at qüvvəsi. Bu səbəbdən də, hibrid qurğunun ümumi gücü qlobal krossoverdə olduğu kimi, 230 at qüvvəsi təşkil edəcəkdir. Krossoverin təchiz edildiyi batareyanın tutumu simvolikdir - 1,49 kilovat-saat.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, üçüncü növ “mülayim” hibrid qurğusu da olacaqdır. Bu halda 180 at qüvvəli mühərriklə yanaşı, onun 150 at qüvvəli versiyasında da istifadə ediləcəkdir. Nəhayət, avropalılar 115 və ya 136 at qüvvəli 1,6-litrlik dizel mühərrikini də seçə biləcəkdirlər.

Qısa bazalı Kia Sportage modelinin kütləvi debütü sabah Münhendə işinə başlayacaq IAA Mobility sərgisində keçiriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.