Kia şirkəti elektrik xəttinin flaqmanı olacaq EV9 elektrik krossoverinin videotizerini dərc edib. Yeni kadrlarda elektromobilin seriya versiyasının optikasının naxışı, ön panelin kənarları boyunca işıqlandırma elementləri və Y-formalı arxa fənərləri görmək olar. Həmçinin videoda avtomobil profildə işıqlandırılıb – o, seriya modelinə keçməmiş kapotdakı havalandırma dəlikləri kimi xırda detallar istisna olmaqla, demək olar ki, eyni adlı konseptual krossoveri təkrarlayır.

Kia EV9 krossoverinin yaradılmasına 3,5 ildən çox vaxt sərf edilib, odur ki, batareyalı krossoveri Cənubi Koreya brendinin ən çox gözlənilən yeni məhsullarından biri adlandırmaq olar. Carscoops nəşri hətta elektrokarı "Kia markasının ən cəsarətli layihəsi" hesab edir.

Təqdim edilməmiş elektrik krossoverinin texniki xüsusiyyətləri Kia şirkətinin amerikalı Telluride sahibləridən doldurmağı xahiş etdiyi anketə daxildir. Koreya istehsalçısı onları Kia EV9 modelinin hədəf auditoriyası hesab edir. Sorğuda elektromobilin bir neçə mümkün modifikasiyası da göstərilib.

Baza versiyası hesab edilən yeddiyerli EV9 krossoveri 200 at qüvvəli güc qurğusuna və 350 kilometrlik yürüş mənzilinə sahib olacaqdır. Baza krossoveri yerindən 60 mil/saat (97 km/saat) həddinə 8,9 saniyəyə sürətlənəcəkdir.

Image alt Image alt Image alt

"Orta" təchizatlı krossover də eyni güc qurğusunu alacaq, lakin daha uzunmənzilli olacaqdır - 470 kilometr. O, 60 mil /saat həddinə sürətlənməyə 8,5 saniyə sərf edəcək və altı yerlik salona malik olacaqdır. Kia EV9 elektrik krossoverinin ən güclü versiyası 400 at qüvvəli güc aqreqatı ilə hərəkətə gələcəkdir. Güc qurğusunun fırlanma anı versiyadan asılı olaraq 515 - 650 Nm arasında dəyişəcəkdir.

Ən güclü elektromobilin 60 mil/saata iddia edilən sürətlənmə müddəti 5,2 saniyədir. Aralıq versiya altı yerlik salona, ən bahalısı isə 2 + 2 + 2 oturacaq formuluna və 21 düymlük təkər disklərinə sahib olacaqdır. yürüş ehtiyatı 420 və ya 380 kilometr olmalıdır. Kia EV9 modelinin 2023-cü ilin sonunda bazara çıxacağı gözlənilir. Bununla belə, satışların başlanılmasına qədər istehsalçı təkcə konfiqurasiyaya deyil, həm də qiymətlərə yenidən baxa bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.