Kia şirkəti XCeed modelində Debütü gözlənilən rəqəmsal cihazlar panelinin şəklini dərc edib. İlk dəfəf olaraq, virtual cihazlar paneli C-seqmentindəki avtomobilin əlavə avadanlıq siyahısına daxil ediləcəkdir.

Supervision adlanan rəqəmsal cihazlar paneli 12,3-düymlük diaqonala və 1920x720 piksellik icazəyə malikdir. Rəqəmsal panelində, standart olaraq, ənənəvi panellərdə olduğu kimi spidometr və taxometr, həmçinin onların arasında yerləşən və naviqasiya, bortsistemlərin, həmçinin multimedia kompleksinin məlumatları əks olunan pəncərə yerləşir. Avtomobili saxladıqdan sonra paneldə gedilmiş məsafə, orta yanacaq sərfiyyatı və növbəti yanacaq doldurmaya qədər qalan təxmini məsafəni əks etdirən qısa animasiya göstərilir.

Cihazlar paneli hər birinin özünəməxsus qrafikası olan dörd rejimə malikdir. Məsələn, Sport rejimində üstünlük sürət göstəricələrinə və mühərrikin dövrələrinə, Normal rejimində isə, gedişin qənaətcilliyinə və məsafəsi barədə məlumata verilir. Kia nümayəndələri gələcəkdə bu panelin, hibrid və elektrokarlar da daxil olmaqla, digər modellərə adaptasiya ediləcəyini bildirib.  

Kia şirkəti «yolsuzluq» hetçbeki olan XCeed modelinin təqdimatı 26 iyun tarxində keçiriləcəkdir. Kia XCeed modelinin dizaynı üzərində Cənubi Koreya istehsalçısının Frankfurtda yerləşən Avropa dizayn mərkəzinin mütəxəssisləri işləyiblər. Dizaynerlər yüksək klirens və aşağıda yerləşdirilmiş sürücü oturacağının hetçbeki daha idman xarakterli etdiyini və sürücünün müşahidə dairəsini yaxşılaşdırdığını hesab edirlər. 

İlkin məlumata görə, Kia XCeed modelinin istehsalına bu ilin oktyabr ayında başlanacaqdır. İnsayderlər avtomobilin öndən və tam ötürməli çəkiş sistemləri ilə təklif ediləcəyini bildiriblər. Modelin mühərrik çeşidinə gəldikdə isə, yeni model aqreqatları adi Ceed modeli ilə bölüşəcəkdir.