Bu gün Kia şirkəti yeni nəsil Mohave modelinin interyerinin şəklini dərc edib. Dərc edilmiş şəkildən göründüyü kimi, avtomobili salonunda radikal dəyişikliklər baş verib.

İlk növbədə diqqəti çəkən, alüminium və ağac ilə tərtib edilmiş tam yeni və müasir cihazlar panelidir. Ofrouder havalandırma sisteminin yeni deflektorlarına, klimat-kontrolun idarəetmə blokuna və qapı panellərinə sahib olub. Bundan başqa, interyerdə yeni mərkəzi tonneli və daha gözəgəlimli dördmilli sükan çarxını görmək olar.

Cari nəsil Kia Mohave modelinin interyeri

Xatırladaq ki, bir müddət bundan öncə, Kia şirkəti yeni nəsil Mohave modelinin ilk şəkillərini dərc edib. Yeni ofrouder tamamilə, bu ilin yazında Seul avtosalonunda nümayiş etdirilmiş Mohave Masterpiece konseptinə bənzəyir. Ən maraqlısı isə, avtomobilin üzərində Kia emblemlərinin olmamasıdır.

Seriya modeli ilə konsept arasında olan fərqlər xırda detallardadır. Məsələn, radiator barmaqlığı bir qədər genişlənmiş və daha az nəzərəçarpan olmuşdur. Bundan başqa, ön bamperdəki hava girişlərinin ölçüsü də böyüdülmüşdür. Arxa hisssədə baş vermiş dəyişikliklər ümumiyyətlə kosmetik xarakter daşıyır. Yeni ofrouder sələfindən ön və arxa hissənin dizaynı ilə seçilsə də, kuzovun yan tərəflərinin forması əvvəlki Mohave modelində olduğu kimidir. 

Image alt Image alt Image alt

Avtomobilin texniki hissəsi barədə məlumat verilməsə də, şəkildəki avtomobilin 3,0-litrlik V6 dizel mühərriki və tam çəkiş sistemi ilə təchiz edildiyi görünür. Əvvəlki modeldəki dizel mühərrik 260 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edirdi. Güc aqreqatı altıpilləli avtomatik qutu ilə tandemdə çalışırdı.