Cənubi Koreyada Kia K3 adı ilə bizə yaxşı tanış olan Cerato modeli satılır. Üstəlik, K3 modeli vətənində həm 4645 millimetrlik sedan , həm də 4515 millimetrlik "qaynar" K3 GT hetçbeki şəklində satılır. Ona görə də, planlaşdırılan restaylinqdən ilk keçən Koreya versiyası olub. Anonsdan bir həftə sonra yenilənmiş model barədə ətraflı məlumat yayımlanıb. Əsas dəyişikliklər eksteryer və interyerdədir.

Restaylinq prosesində avtomobil yenilənmiş ön tərəfə sahib olub: dərc edilmiş təsvirlərdə fərqli ön fənərlər və onlarla birləşdirilmiş daha nazik radiator barmaqlığı diqqəti çəkir. Ön işıq texnikası Kia K5 modelinin üslubunda dönmə siqnallarına və gündüz hərəkət işıqlarının iki punktirli xəttinə sahib olub. Ön bamperdəki hava girişləri formasını üçbucaqlıya dəyişmiş, onların çərçivələri isə daha qabarıq olmuşdurlar.

Modelin salon arxitekturası demək olar ki, dəyişməyib, lakin onun məzmunu yenilənib: multimedia sisteminin ekranının diaqonalı səkkizdən 10,25 düymə qədər artırılıb, yeni emblemə sahib olmuş sükan çarxının arxasında isə eyni ölçüdə rəqəmsal cihazlar paneli görünür. Bundan əlavə, klassik əl əyləci miniatür açar ilə əvəzlənmiş, mühərriki məsafədən işə salmaq sistemi peyda olmuşdur. Qabaqcıl səs sistemi indi Krell markasını daşıyır. Elektron köməkçilər kompleksinin funksionallığı genişləndirilib: məsələn, avtomatik əyləcləmə sistemi artıq velosipedçiləri tanıyır və geriyə hərəkət zamanı da işləyir.

Koreyada satılan Kia K3 modelinin mühərrik çeşidi dəyişməyib. Baza sedanı  123 at qüvvəli 1.6-litrlik Smartstream atmosfer mühəəriki və IVT variatoru ilə təchiz olunur. Kia K3 GT hetçbeki isə yeddi pilləli presektiv "robot" ilə tandemdə çalışan 204 at qüvvəli 1.6 T-GDI turbomühərriki  ilə təchiz edilir. Bundan başqa, “qaynar” hetçbek çoxqollu asqıya malikdir. Yeri gəlmişkən, sedanın əvvəllər GT versiyasında da təklif olunurdu, lakin yenilənmədən sonra belə versiyadan imtina edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cənubi Koreyada yenilənmiş Kia K3 modelləri artıq satışdadır. Sedanın qiyməti 16 min, GT-hetçbeknin isə 24 min dollardan başlayır. Digər bazarlar (Cerato və Forte) üçün versiyalar bir qədər sonra yenilənəcəkdirlər. Onların dizayn baxımından K3 modelindən elə də ciddi fərqlənməyəcəklər.