Kaliforniyada yerləşən və klassik ofrouderlərin bərpası ilə məşğul olan Icon atelyesi 1949-cu ilin Mercury Coupe derelict-restomodunu təqdim edib. Uzun müddət hərəkətdə olmayan original model təsəvvürünü yaradan avtomobil 85 kilovat-saatlıq Tesla Performance batareyalarından qidalanan elektrik güc aqreqatı ilə təchiz ediblər.

Icon və Stealth EV şirkətləri tərəfindən hazırlanmış elektrik güc qurğusu V8 mühərrikinə bənzəyir. Bununla belə, güc elektronikasının blokları və batareya modullarının bir hissəsi kapotun altında yerləşdirilmişdir. Elektromotor isə ötürmələr qutusunun yerində quraşdırılıbdır. Elektrik qurğusunun ümumi gücü 406 at qüvvəsi və 637 Nm təşkil edir. Dolu batareya ilə elektrokar 322 kilometr qət edir. Batareyaların tam doldurulmasına 1,5 saat gərəkdir.

Restomodun ən maraqlı cəhəti yanacaq çəninin boğazında yerləşdirlimiş Tesla Supercharger terminalına qoşmaq üçün girişdir. Nömrə altında isə daha bir CHAdeMO girişi vardır. Mercury Coupe zahiri cəhətdən demək olar ki, dəyişməyib. Avtomobilin əsasında Art Morrison raması durur. Restomodun salonuda orijinal fırlanan dəstəklər vasitəsi ilə işə düşən elektrik şüşəqaldıranları, qədimi üslubda olan Andromeda rəqəmsal cihazlar bloku, yeni düymələr və havalandırma sisteminin deflektorları peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt