Koenigsegg Agera RS hiperkarı yerindən 400 km/saat həddinə kimi sürətlənmək və sonradan tam dayanmaq üzrə dünya rekordunu qeydə alıb. İsveç hiperkarı bütün bunları 36,44 saniyə ərzində yerinə yetirərək, Bugatti Chiron modelinin rekordunu 5,5 saniyə üstələyib.

Rekord yürüyüşü Danimarkadakı aerodromda həyata keçirilib. Hiperkara 400 km/saat həddinə sürətlənmək vətam dayanmaq üçün 2441 metr tələb olunub. Bu həddə sürətlənməyə Agera RS modeli 26,88 saniyə sərf edib. Tam dayanmağa isə 9,56 saniyə tələb olunub.  Bugatti Chiron hiperkarına 400 km/saat həddinə sürətlənməyə və tam dayanmağa 3112 metr gərək olub. O, sürətlənməyə 32,6 saniyə, dayanmağa isə 9,3 saniyə sərf edib.

Koenigsegg rekordu qeydə almaq üçün ABŞ-dakı müştəri üçün hazırlanmış seriya modelindən istifadə edilib. Təhlükəsizliyi təmin etmək üçün avtomobilin salonuna çıxarılan təhlükəsizlik karkası qoyulub. Aerodinamik elementlərin üzərinə çəkilmiş sarı örtüyün, müştəriyə göndərilmək üçün hazırlanmış avtomobillərə zərər dəyməməsi məqsədi ilə vurulduğu da bildirilib. Təşkilatçılar onu çıxartmaq üçün «vaxtlarının olmadığını» da bildiriliblər.

Koenigsegg Agera RS modeli 1176 at qüvvəli biturbo V8 mühərriki və yeddi pilləli ötürmələr qutusu ilə təchiz edilir. 100 km/saat sürətini hiperkar 2,8 saniyəyə toplayır. 300 km/saat həddinə çatmağa isə 12,3 saniyə tələb olunur.