Koenigsegg şirkətinin tarixindəki ilk dördqapılı Gemera meqakarının buraxılışının təşkili üçün ciddi sərmayə tələb olunur. Yeni modelin buraxılması üçün, Engelholmda avtomobillərin yığılması ilə məşğul olacaq zavodu və digər obyektləri özündə cəmləyən ayrıca istehsal kompleksini inşa edəcəklər. Koenigsegg şirkətinin mövcud olan 11 kvadrat kilometrlik istehsal sahəsinə 30 kvadrat kilometrlik ərazi əlavə ediləcəkdir.

Gemera hiperkarının yığılacağı zavod

Yeni Gemera meqakarının yığılacağı zavod mövcud olan Koenigsegg ofis binasına birləşdiriləcək, İsveç Hərbi Hava Qüvvələrinin keçmiş dörd anqarı isə yığma sexlərinə çevriləcəkdirlər. Yeni binaların zahirən klassik İsveç fabriklərinə bənzəyəcəyi, lakin onların daxilində ən müasir avadanlığın quraşdırılacağı bildirilib. 

Yeni Koenigsegg zavodunda avtomobillərin yığılması postlarından başqa, real vaxt rejimində hiperkarların konfiqurasiya edilməsi üçün müştəri mərkəzi, eləcə də yeni avtomobillərin təqdimatlarından birbaşa yayım aparmaq üçün kinoteatr təşkil ediləcəkdir.

Gemera modelinin yığılma xətti

Sexlərin yaxınlığında, yığılmış müştəri avtomobillərinin sürülüb yoxlanılacağı və brendin yeni işləmələrinin sınaqdan keçiriləcəyi sınaq treki peyda olacaqdır. Koenigsegg obyektlərinin ətrafındakı parkda, şirkət işçilərinin istirahəti üçün, açıq havada trenajor meydançaları olan yaşıl sahələr salınacaqdırlar. Yeni zavodda Koenigsegg muzeyinə ayrıca yer veriləcəkdir.

800 kvadrat metr sahəsi olan məkanda İsveç markasının klassik və müasir modelləri, həmçinin brendlə bağlı olan digər obyektlər nümayiş etdiriləcəkdirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Təbii ki, işlər ərazinin genişləndirilməsi ilə məhdudlaşmayacaqdır. Avtomobillərin buraxılışını artırmağı hədəfləyən Koenigsegg şirkəti 2023-cü ilin sonuna qədər əməkdaşların sayını 800 nəfərə çatdırmağı planlaşdırır. Bunun üçün ən azı 100 mühəndisin və yığma xətlərində çalışacaq 150 nəfərin  işə götürülməsi nəzərdə tutulub.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.