“Rospatent” məşhur Niva modelinin sələfi ola biləcək Lada 4x4 modelinin patentlərini dərc edib. Dərc edilmiş təsvirlərdəki avtomobilin Lada 4x4 Vision konseptini xatırlatdığı açıq-aydın görünür.

Patentin alınması üçün müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə patent obyekti sadəcə “minik avtomobili” kimi adlandırılıb. Təqdim edilmiş sənədlərdə layihənin rəsmi adı barədə heç bir məlumat yoxdur. Bununla belə, bu müraciətin Tolyattinin 2018-ci ildə Moskva avtosalonunda təqdim etdiyi konseptin eksteryer dizaynına olan hüquqlarını müdafiə etmək cəhdinin olduğu da istisna edilmir. Təsvirdəki avtomobil konseptə məxsus olan təkər disklərinə malik olması qismən buna işarə edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çox güman ki, AvtoVAZ prototipin seriya modelinə çevrilməsi üzərində çalışmalarını davam etdirir. Yeni model artıq əfsanəyə çevrilmiş ofrouderin mənəvi davamçısı olmalıdır. Böyük ehtimalla, seriya modeli də ikimərtəbəli optikaya, kuzovun yan tərəfdəki X-şəkilli xəttlərinə və arxa dayaqlardakı havalandırma dəliklərinə sahib olacaqdır.

İlkin məlumata görə, yeni Lada 4x4 modeli Renault Duster modelinin təkmilləşdirilmiş platformasında inşa edilcəkdir. Bu platformanın modernizasiyası zamanı Renault Arkana kross-kupesinin inşası zamanı istifadə edilən həll yollarına da baş vurulacaqdır. Qeyd etmək lazımdır ki, Tolyattidə 4x4 məxsus olan ofroud xarakteristikalarının qorunub-saxlayanılacağını bəyan ediblər. Yeni Lada 4x4 modeli 2021-ci ildən tez debüt etməyəcəkdir.